Vətəndaş DİN rəhbərliyinə və Vaqif Əsədova niyə TƏŞƏKKÜR ETDİ
Vaqif Əsədov şəxsən özü zəng edərək problemlə maraqlandı. "AzerTaym.az" bildirir ki,Vidadi Fərzəliyev adlı vətəndaş Avtosfer.az-a müraciət edərək Daxili İşlər Nazirliyi rəhbərliyinə, xüsusilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədova təşəkkür etmək istəyidiyini bildirib. Vidadi Fərzəliyev deyir ki, Şirvan şəhərində yaşayır və Bakıya işi olduğu üçün gəlib. - “Xüsusi karantin rejimindən sonra Bakıdan çıxa bilmədim. Burda da qalmaq üçün artıq şəraitim yox idi. Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etdim. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov şəxsən özü zəng edərək problemlə maraqlandı. Məsələnin həlli istiqamətdə işlər gördü. Polisimizə dərin təşəkkürümü bildirirəm.”