Bakıda kütləvi dezinfeksiya başlayır – XƏBƏRDARLIQ
Bakıda kütləvi dezinfeksiya işləri aprılacaq.
“AzerTaym.az" yenisabah-a istinadən xəbər verir ki, paytaxtın kommunal strukturlarından verilən məlumata görə 18.04.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq mütəxəssislərin tövsiyyələri əsasında seçilən, şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.