Prezidentimiz sağlamlığımızın KEŞİYİNDƏDİR!
Bu gün bütün dünyada COVİD-19 pandemiyası yaşanır. Dünyanın bir çox ölkələri bu virusun törətdiyi faciə qarşısında aciz qaldığı dövrdə, Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev cənabları tərəfindən virusa yoluxmaların qarşısınin vaxtında alınması və müalicəsi üçün çox vacib addımlar atılıb. Prezident İlham Əliyevin tapşırığı və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirlər görülüb. Vaxtında lazımi tövsiyələr verilib, səhiyyə müəssisələri ən zəruri avandanlıq və tibbi ləvazimatlarla təchiz olunub. Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsində iştirak edir. Belə ki,Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru pandemiyaya qarşı görülən tədbirlərdə Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinə ünvanladığı müraciət məsuliyyətimizi bir daha artırır- dövlətimiz, xalqımız qarşısında öz borcumuzu şərəflə yerinə yetirməyə ruhlandırır. Bu çətin günlərdə xalqımız öz dövlətinin, cənab prezidentimizin yanında olmaqla birlik və həmrəylik göstərərək pandemiya ilə mübarizədə dəstək nümayiş etdirmişlər. Hər yerdə cəmiyyətin hər bir üzvünün birləşməsi vacib sayıldığı bir vaxtda, bəzi ünsürlərin (onları vətəndaş, hətta insan belə adlandıra bilmərik). Azərbaycan xalqına, onun prezidentinə qarşı xəyanətkar hərəkətləri cinayətdir. Çünki pandemiyaya qarşı mübarizə tədbirlərinə və əhalinin sağlamlığının qorunması naminə dövıətin atdığı addımların müvəffəqiyyətinə, sosial dəstək siyasətinə kölgə salanlara, Azərbaycana düşmən olanlara, ölkəmizə qarşı təxribat aparanlara ancaq bir ad vermək olar - Vətən xaini! Bu çətin, məsuliyyətli dövrdə ölkə prezidenti tərəfindən verilmiş tapşırlıqlardan düzgün nəticə çıxarmayan rüşvət və korrupsiya hallarına son qoymayan icra başçılarının cəzalandırılması ictimaiyyətin gözləri önündə oldu. Çoxsaylı şikayətlər, dövlət əmlakının talanması, pandemiya dövrü ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi mənimsəyənlər layiqli cavablarını almışlar. Prezident İlham Əliyev cənabları respublikaya yeni baş prokuror təyini ilə əlaqədar çıxışında qeyd etdi ki , bu gün Azərbaycannın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə deməkdir, yeni yanaşma deməkdir,müasir şəraitə uyğunlaşma deməkdir və biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndirir. Bir daha prezident İlham Əliyev cənablarına, birinci vitse-prezident Mehriban xanım Əliyevaya səhiyyə işçilərinə verdikləri yüksək qiymətə, həm mənəvi, həm də maddi dəstəyə görə sonsuz təşəkkürümüzü bildiririk, öz növbəmizdə söz veririk ki, bütun bilik və bacarığımızı səfərbər edərək əhalinin sağlamlığının keşiyində duracağıq. 7 saylı uşaq yoluxucu xəstəlikləri xəstəxanasının baş həkimi Mehriban İsayeva