Ölkədə indiyədək aparılan testlərin sayı AÇIQLADI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 3-nə olan statistik göstəriciləri açıqlayıb. "AzerTaym.az" bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5626 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 315 min 527 test aparılıb. İndiyədək 76 nəfər Covid-19-dan dünyasını dəyişib, 3665 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2519 nəfərdir. 96 nəfər reanimasiyada, 17 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 325 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 101 pasiyent sağalıb.