Koronavirus mutasiyaya uğramağa başlayıb – Baş infeksionistdən ŞAD XƏBƏR!
COVID-19 virusu mutasiyaya uğramağa başlayıb, amma bu, ilkin mülahizələrdir. Bu barədə respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. Baş infeksionist deyib ki, hələlik bu, bir neçə Avropa ölkə alimlərinin müşahidələrində əksini tapıb: “Alimlər deyir ki, koronavirusun kliniki gedişində müəyyən yumşalmalar var, amma hələlik bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi məlumat açıqlanmayıb. Virusun mutasiyaya uğraması zamanı yumşalmaların olması gözləniləndir. Tarixdə də bu cür müşahidələr görünüb. SARS-1, MERS virusları 1-2 il aktiv oldu, daha sonra sönməyə başladı. Hazırda qeyd edilən virusa 1-2 yoluxma faktları olur. Təbii, hamının arzusudur ki, COVID-19 virusu da mutasiyaya uğrayaraq, yox olsun. Amma bunun üçün də zaman lazımdır. Hər halda, ilkin müşahidələr COVID-19-un da mutasiyaya uğradığını deməyə əsas verir”. C.İsayev bildirib ki, yaxın zamanlarda bizim ölkəmizdə qeydə alınan COVID-19 ağır gedişə malik idi: “Son dövrlərdə də ağır gedişli xəstələrimiz var. Virusun mutasiyaya uğraması fikirləri var, amma dəqiqliyilə öz təsdiqini tapmayıb. Bunun təsdiqlənməsi üçün bir neçə alimin apardığı tədqiqatların nəticələri müzakirə olunmalıdır”. (modern.az)