Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır
Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. "AzerTaym.az" bildirir ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib. Bütün yollar Qarabağa aparır...