İzmirdə güclü zəlzələ: Binalar çökdü (FOTO/VİDEO)

İzmirdə güclü zəlzələ: Binalar çökdü (FOTO/VİDEO)

 

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın çökdüyünü bildirib.
Qaynarinfo xəbər verir ki, zəlzələnin İzmirlə yanaşı Aydın, Muğla, Manisa, Dənizli, Çanaqqala, Bursa, İstanbul, Uşak, Kütahya, Bursa, Yalova, Tekirdağ və Ədirnədə hiss edildiyi bildirilib. Xəstəxanalar, xilasetmə, polis və tibbi yardım qrupları hazır vəziyyətə gətirilib.

 
16.20
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.
 
Zəlzələ zamanı İzmir şəhərinin Bayraklı rayonunda bina çöküb. Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.






Fikirlər