Şəhid anası Silahlı Qüvvələrə Yardım Fonduna 7 min manat İANƏ etdi - FOTO
Bu günlərdə bir şəhid anası Silahlı Qüvvələrə Yardım Fonduna 7000 manat ianə edib.
"AzerTaym.az" xəbər verir ki, bu barədə "İTV" əməkdaşı Şöhrət Eyvazov məlumat verib. O bildirib ki, sözügedən qadın adının çəkilməsini istəmir: "Qəhramanın oğulun qəhraman anası deyir ki, yardımın əsas məqsədi Silahlı Qüvvələrimizin daha da güclənməsinə dəstək olmaqdır: “Həm də səbrim çatmır, istəyirəm oğlumun şəhid olduğu yer daha tez azad edilsin!”".