Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlandı
Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Bu baərədə AzerTaym.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2016-cı il tarixədək 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları, 4793,69 Avro, 5000,0 rubl vəsait daxil olub. Xatirladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilib.