03.06.2014.- Orduya 54 milyon yardım
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin miqdarı açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, iyunun 1-dək 54 milyon 713 min 884 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılmışdır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
"AzerTaym.az"