Ağdərə-Tərtər istiqamətindəki erməni ordu hissələrinin görüntüləri yayıldı...

Ağdərə-Tərtər istiqamətindəki erməni ordu hissələrinin görüntüləri yayıldı...

Fevralın 15-də  Qarabağdakı separatçı “müdafiə ordu”su  tədris ilinin ilk semestri başlayıb.

Yenisabah.az xəbər verir ki, bu haqdda sosial  şəbəkələrin erməni seqmentində məlumat və foto paylaşılıb.

Məlumatda  qondarma “ordu” komandiri general-leytenant Mikael Arzumanyanın “yeni tədris ilinin başlanğıc proseslərini” şimal-şərq, yəni Ağdərə-Tərtər istiqamətində “fəaliyyət göstərən hərbi hissələrdən birində izlədiyi” bildirilir.

“Ordu komandiri şəxsi heyəti təlim mərhələsinin başlaması münasibətilə təbrik edib və 44 günlük müharibə müddətində təyin olunmuş döyüş tapşırıqlarını əla səviyyədə yerinə yetirərərək atəşkəs razılaşmasınadək sərhəd zonasının  bir hissəsinin toxunulmazşlığını qoruyub saxladıqlarına görə  müdafiə rayonunun çoxsaylı hərbçilərinə yüksək dövlət mükafatları təqdim edib”- məlumatda belə deyilir.

P.S. Məlumatın və fotonun dezinformasiya olub-olmadığını ərazidəki  Rusiya sülhməramlıları daha dəqiq bilər...  /Moderator.az






Fikirlər