“RUSİYA ORDUSU KİYEVƏ HÜCUMA HAZIRLAŞIR!” – “Çernobl zonasında 100 minlik ordu gizlənib”
Bugünlərdə Ukraynada belə bir xəbər dövriyyəyə buraxılıb: Ukrayna ordusu Rusiya ilə döyüşmək üçün tərk olunmuş Çernobıl zonasına göndərilib. Ukrayna tərəfi aktiv şəkildə məlumat yayır ki, Belarus tərəfdə olan Çernobıl fəlakət zonasında Rusiya qoşunları yerləşdirilib. Çinin “Sohu” nəşri bu mövzuya həsr etdiyi yazısında bildirir ki, Ukrayna silahlı qüvvələrinin 61-ci briqadasının komandiri rəsmi surətdə bildirib ki, onlar tərk olunmuş Çernobıl zonasındakı Rusiya ordusunu bir neçə saat ərzində dəf etməyə hazırdırlar. Ukrayna hərbçiləri Belarus internet istifadəçilərinin məlumatlarına inanıblar. Belə ki, həmin məlumatlarda deyilir ki, Belarusla Çernobılın tərk olunmuş əraziləri ilə sərhəd olan yerdə Ukrayna hərbçilərinə arxadan zərbə vurmağa hazırlaşan Rusiya qoşunları gizlənir. Bunu öyrənən Ukrayna komandanlığı rus qoşun hissələrinin hücumunun önünü kəsmək üçün tam heyət ilə 61-ci briqadanı dərhal həmin əraziyə göndərib. Ukrayna tərəfinin rəsmi reaksiyası belə olub: “Hal-hazırda Ukraynanın şimalındakı tərk edilmiş Çernobıl zonasının Belarus ilə sərhəddi yaxınlığında Rusiya ordusunun yerləşməsi faktı yoxlanılır. Həmin faktın təsdiq olunması təqdirində, 61-ci biriqada bir neçə saat ərzində Ukraynanın göstərilən sərhəd rayonunda müdafiə mövqeyi tutmağa və təcavüzkara qarşı layiqli cavab verməyə hazır olacaq”. Hələ 2019-cu ilin aprelində Ukrayna silahlı qüvvələrinin generalı İqor RomanenkoRusiya ordusunun Kiyevə soxulması üçün “Belarus dəhlizindən” istifadə edəcəyi barəsində danışmışdı. Lakin onun açıqlamasında Çernobıl AES-in tərk olunmuş ərazisi haqqında heç nə deyilmirdi. Ukrayna tərəfi bildirib ki, onlar say baxımından üstün olan rusların hücumunun qarşısını almağa tam hazırdırlar. Ukrayna-Belarus sərhəddində Rusiya ordusunun fəaliyyətlərindən ehtiyat edən Ukrayna yalnız 61-ci piyada briqadasını hərəkətə gətirib. Çünki tərk edilmiş zonanın bir hissəsi Belarus ərazisinə düşür və həm də verilən məlumatlar səhv də ola bilər. Amma buna baxmayaraq, Ukrayna buna inanır və ona görə də, ordu birləşmələrini sərhəd ərazisinə yollayıb. Eyni zamanda bütün səviyyələrdə hərbi komandalara bu barədə məlumat verilib. Belarus Müdafiə Nazirliyi tərk edilmiş Çernobılın Belarus hissəsində Rusiya ordusunun dislokasiya olunması məlumatını təkzib edib. Rusiya hərbi ekspertləri isə hesab edirlər ki, həm Ukrayna, həm də ABŞ və Qərb ölkələri Rusiya ordusundan qorxurlar və elə ona görə də, bütün sferalarda nə isə uydurulur və bu ölkələr, xüsusən də Ukrayna buna çox inanmaq istəyir.
Rusiya ekspertlərinin fikrinə görə, “Ukraynaya müdaxilə etməyə hazır olan çoxsaylı Rusiya ordusu” barəsində gedən xəbərlər, böyük ehtimalla Ukraynadakı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən yayılır. Rusiyanın böyük riskə gedərək, indiyədək radiasiyanın qaldığı tərk olunmuş Çernobıl zonasından keçməklə Ukraynaya hücum etməsinə nə ehtiyacı var. Belə bir radiasiya şəraitində yüz minlik Rusiya ordusunun əsgərlərinin sağlamlığını qoruyub saxlamaqda çətin olar.