“1-ci doza vurduran insanlar asanlıqla yoluxa bilərlər“ - İnfeksionist

“1-ci doza vurduran insanlar asanlıqla yoluxa bilərlər“ - İnfeksionist

Son günlər ölkədə vaksin olunduqdan sonra koronavirusa yoluxmayla bağlı şikayətlər artıb. Bu barədə sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır. Bildirilir ki, xüsusən birinci doza vaksindən sonra koronavirusa yoluxanların sayı artıb.

İnsanlar bunu bir çox amillərlə əlaqələndirirlər. Bəziləri hesab edir ki, sentyabrın 1-dən tətbiq olunacaq məhdudiyyətlərə görə, kütləvi şəkildə xəstəxanalara axın var. Bu da poliklinikalarda sıxlığa, karantin qaydalarının pozulmasına gətirib çıxarır ki, nəticədə yoluxma sayı artır.

Bəs əsas səbəb nədir, vaksinasiya yoluxma sayını artırırmı?

 Mövzu ilə bağlı Bakupost.az -a danışan infeksionist Mərdan Əliyev deyib ki, birinci doza vaksin koronavirusdan qorumur:

“Ümumiyyətlə, vaksinin içlik vərəqində də yazılıb ki, hər iki doza vurulmalıdır. Birinci doza vaksin qorumur. Peyvəndin birinci dozası vurulur, 28 gün və ya təqribən 1 ay sonra 2-ci doza vurulur. Vaksin birinci dozadan 7 həftə, 2-ci dozadan isə 3-4 həftə keçdikdən sonra qorumağa başlayıır. Ona görə də 1-ci doza vurduran insanların çoxu asanlıqla yoluxa bilərlər. Bu şəxslər özlərini mütləq qorumalıdırlar. Hər iki doza vaksinasiyadan ən azı 3 həftə sonra peyvənd qorumağa başlayır. Yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni əksər hallarda ölümcül olmur. Amma yoluxma ehtimalları həmişə var. İnsanlar özlərini hər zaman qorumalıdırlar. Maska taxmalı, sosial məsafəyə riayət etməlidirlər”.






Fikirlər