Qətlə yetirilən 10 yaşlı Nərminin anasının ifadələri ziddiyyətlidir - MƏHKƏMƏ

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə N.Quliyevanın anası Aynurə İsmayılovanın istintaqa verdiyi ifadəsi elan olunub.
Bildirilib ki, A.İsmayılovanın istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyyət var. O, qətlə yetirilən qızının geyimi ilə bağlı fərqli ifadələr verib.
İ.Süleymanov isə deyib ki, o, heç vaxt şirniyyat alıb, N.Quliyevagilə aparmayıb.Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.






Fikirlər