Milli Qəhrəmanların adı bu məktəblərə verildi ...

Milli Qəhrəmanların adı bu məktəblərə verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə 37 məktəbə Vətən Müharibəsi şəhidlərinin adları verilib.

“Qafqazinfo” xəbər verir ki, general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə verilib. P.Həşimov həmin məktəbdə təhsil alıb.

Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin adı verilib.

Vətən Müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun adı doğulduğu Qubadlı rayonunun Xanlıq kənd 3 nömrəli tam orta məktəbinə verilib. Həmin təhsil müəssisəsi müvəqqəti olaraq Abşeron rayonunda yerləşir.

Şəhid pilot, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zaur Nudirəliyevin adı isə Bakı şəhəri 47 nömrəli tam orta məktəbə verilib.

“Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin adı da doğulduğu Kəlbəcər rayonundakı məktəbə verilib. Belə ki, Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəb (müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşir) bundan sonra şəhid polkovnik-leytenantın adını daşıyacaq. 






Fikirlər