Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna 30 000 AZN ianə etdi - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupu vətən uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 30.000 manat ianə edib. AzerTaym.az bildirir ki, ianə Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə keçirilən “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilib. Sərgidə müxtəlif mövzuları əhatə edən 50-yə yaxın əsər nümayiş olunub. Əsərlərin satışından əldə edilən gəlirin 30 faizi rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülüb. Ziyarətçilərin ən çox marağını cəlb edən əsərlərin müəlliflərinə (Röya Həsənova, Təranə Seyid və Nəzrin Xələfova) diplomlar təqdim edilib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Şirkətlər Qrupu tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna ümumilikdə 2 milyon AZN vəsait köçürülüb. Bundan əlavə, qrupa daxil olan şirkətlər (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki) tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi üçün texnika və vasitələr hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.