Bakı Şəhər İcra Hakimiyyətindən “YAŞAT” fonduna DƏSTƏK...
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) ianə edilib. “AzerTaym.az" bildirir ki, İH-i fonda 500 min manat məbləğində pul vəsaiti köçürüb.