Fonda 93 milyon 157 min 335 manat toplandı
Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb. Qeyd edək ki, Fond Prezident İlham Əliyevin 19 mart sərəncamı ilə yaradılıb. Prezident öz ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ayırmış, daha sonra isə bir illik əmək haqqını bağışlamışdı.
"AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Fonda ianə edənlərdən 1141-i hüquqi, 3324-ü isə fiziki şəxsdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bir illik əmək haqqını Fonda bağışlayıb.