SƏRHƏD XİDMƏTİNİN ÇAVUŞU DƏHŞƏT SAÇDI! - Bir zabiti və iki giziri qətlə yetirərək qaçıb...

Bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokuorluq məlumat yayıb.

Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərə­findən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb.

 

Hazırda baş çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.






Fikirlər