İran-Azərbaycan SƏRHƏDİNDƏ ATIŞMA: Elçin Quliyev hadisə YERİNƏ GETDİ - FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

Bu haqda DSX-dən Modern.az-a verilən məlumatda bildirilib.

29 noyabrda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilib, zəruri qabaqlayıcı tədbirlər görül­üb. 

Saat 19:10 radələrində Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidməti sa­həsində dövlət sərhə­dinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldı­rı­laraq hadisə yerinə hərəkət edib, nəzarət-iz zolağında İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində ayaq iz­ləri aşkar olunub.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədi­lə əlavə qüvvələr cəlb olun­maqla və xü­su­si texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sər­­­­həd axtarışı tədbirləri həyata keçirilib. Sərhədyanı yaşayış mən­­­­tə­qə­ləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qa­pa­­dılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlu­mat­­­landırıl­ıb. 

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd nar­yadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib. Həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edib.

Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılıb.

Cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub.

 Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

 Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib. Ona təcili tibbi yardım göstəril­ib. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib.

Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tə­rə­findən sərhəd pozucusu qismində tutulub, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Res­publikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.

Ş Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğ­lunu yaralamış şəxs olması da müəyyən edil­ib.

30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.

 






Fikirlər