DTX və DSX ƏMƏLİYYAT keçirdi - TƏLƏBƏLƏR SAXLANILDI

DTX və DSX əməliyyat keçirdi

Azərbaycandan İrana qanunsuz yolla keçməyə çalışan 4 nəfər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv¬lət sər¬hə¬di¬nin pozulmasının qarşısı alınıb.

Hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta-vasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan ərazisindən İran istiqamətində hərəkət etmələri aşkar olunub.

Həmin şəxslər saxlanılaraq sərhəd zasta¬va¬sına gətirilib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.

Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl¬lüdlü Hos¬sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universi¬tetinin tələbələri olmaları müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Murad Əhməd

 







Fikirlər