Sosial ipoteka bu jurnalistlərə şamil ediləcək ...
Sosial ipoteka media reyestrindən keçən jurnalistlərə şamil ediləcək. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib. Agentlik rəsmisi bildirib ki, media subyektləri mütləq qaydada media reyestrindən keçməlidirlər. "Amma jurnalistlər sərbəst şəkildə media reyestrinə daxil olmaq üçün müraciət edə və tətbiq edilən güzəştlərdən yararlana biləcəklər", - Natiq Məmmədli əlavə edib.