1 saylı Klinik Tibbi Mərkəzdə növbəti anormal hadisə - bir ay YANLIŞ diaqnozla MÜALİCƏ...
Ölkə səhiyyəsində aparılan islahatlar nəzərə çarpacaq dərəcədə hiss olunsa da son vaxtlar həkim səhlənkarlığı,həkim məsuliyyətsizliyindən artan şikayətlər də çoxalmaqdadır. Redaksiyamızın elektron poçtuna daxil olmuş aşağıdakı məlumat da bu qəbildəndir. Belə ki, Cəlilabad rayondan olan 11 aylıq A. H , 09.01.23 il tarixdə uşaq nevroloji xəstəxanasına qəbul olunub və orada ensefalit diaqnozu ilə müalicə alıb. 18 .01 . 23 tarixdə uşaqda bronxopnevmoniya(!) aşkarlandığı üçün Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxaanasına köçürülüb. Baş həkim Şəhla Quliyevanın göstərişi ilə uşağı pediratiya şöbəsinə yerləşdiriblər. İlk baxışda normal hal kimi görünə bilər , adi tibbi prosedura kimi qəbul oluna bilər. Lakin bu da son olmayıb –... 12 gün pediatiriya şöəsində yanlış müalicə aldıqdan sonra körpənin vəziyyəti daha da ağırlaşır. Bunu görən baş həkim Şəhla Quliyeva onun başqa korpusa – infeksiyon reanimasiya şöbəsinə köçürülməsinə göstəriş verir. Burada da (!) uşağın vəziyyətinin düzəlmədiyini görüb təkrar müayinə edirlər və məlum olur ki, uşaq... bakterial meningit diaqnozunundan (?) əziyyət çəkir. Baş həkimin göstərişi ilə xəstə neyroinfeksiya şöbəsinə köçürülür. Valideynlərin dediyinə görə bir korpusdan digərinə , bir şöbədən digərinə köçməkdən yorulduq artıq. Yəni başqa sözlə desək , 11 aylıq bu uşaq təxminən bir aya yaxın yanlış diaqnoz ilə müalicə olunurmuş və nəticə olaraq, gəldiyindən daha ağır vəziyyətdədir. (!) Bundan başqa əməkdaşımıza sözü gedən müəssisə ilə bağlı oradan ilginc məlumatlar da ötürülüb. Qeyd olunur ki, -"Çox təəssüflər olsun bu ilk dəfə baş vermir. Bu xəstəxanada tibb personalının uşaqlara qarşı soyuqqanlı yanaşması barəsində bir çox faktlar sizlərə çatdırılacaq. Bir saylı KTM – in nəzdindəki Əbülfəz Qarayev adına Klinik Uşaq Xəstəxanasının baş həkmi Şəhla Quliyevanın bu cür “eksperimentlərinə” kollektiv çoxdan alışıb. Belə ki, xəstə qəbul edilərkən onların yerləşdirilməsi müvafiq profilə malik şöbə və həkimlər üzrə deyil, başqa “kriteriyalar” əsasında aparılıır. " Onu da nəzərinizə çatdırmaq istəyirik ki, adı çəkilən Şəhla Quliyeva Covid – 19 pandemiyası zamanı covidli xəstələrlə işləməyə cəlb olunan həkimlərin aldığı maaşdan , həmçinin hal –hazırda onların aldıqları bonuslardan öz dili ilə rüşvət tələb edir.Bunun da sübutları mövcuddur. Nə qədər ki, belə yüksək postda oturan həkimlərimiz öz maddi mənafeyini güdürlər, yuxarıda bəhs etdiyimiz körpələr – gələcəyin əsgərləri, anaları kimi sağlam böyüməyəcəklər... P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. "AzerTaym.az"