VİDEO: Sakinlərdən gizlədilən işıq sayğacları

İstismara qəbul edilməmiş çoxmərtəbəli binalarla bağlı müəmmalı məqam yaranıb.  Söhbət işıq sayğaclarından gedir. Belə ki, bir sıra binalarda işıq sayğacları xüsusi dəmir qutulara yığılaraq zirzəmidə saxlanılır. Zirzəmilərin də qapısı bağlı olur. Bu isə sakinlərə sayğacların işinə nəzarət etmək üçün müəyyən çətinlik yaradır.

İşıq sayğacları xüsusi dəmir qutulara yerləşdirilib. Qutular da tam qapalıdır.Bu azmış kimi qapalı qutular zirzəmidədir. Zirzəminin də qapısı bağlıdır.Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov 22a ünvanında yerləşən bu binanın sakinləri sayğaclarına nəzarət edə bilmirlər.Binanın bütün problemlərinin həllinə cavabdeh olan MTK təsərrüfatının əməkdaşı vəziyyətə bəraət qazandırır.Ancaq dövlətin qoyduğu qayda belə deyil. Elektrik enerjisindən istifadə qaydaları və daxili təlimatlarda bu məsələyə birmənalı şərh verilir.Çəkiliş zamanı “Azərişıq” əməkdaşının da bu qaydalardan xəbərsiz olduğu üzə çıxıb.Belə şərtlər daxilində sözügedən məsələyə kimin nəzarət edəcəyi aktuallaşır.“Azərişıq” ASC-nın sözçüsü deyir ki, bina dövlət qeydiyyatına alınmadığından fərdi şəxslərlə müqavilə bağlanılmır. Belə olanda qurumun abonenti sakinlər yox, binanın aid olduğı MTK hesab edilir. Ona görə də Azərişığın belə problemlərə geniş müdaxilə imkanları yoxdur. Problemin həlli üçün vətəndaşlar quruma  müraciət etməlidirlər.Nəzarət məsələnin açıq qalması elektrik borcunun nə dərəcədə doğru hesablanmasını gündəmə gətirir. Əgər sakinlər sayğaclarını görə bilmirlərsə, hesablamanın doğru aparılacağına kim zəmanət verə bilər?(Azərtaym.az)

 






Fikirlər