Nazir Fazil Məmmədovun işdən çıxarılmasına rəsmi reaksiya

Nazir Fazil Məmmədovun işdən çıxarılmasına rəsmi

Azərbaycanda daha bir nazirin işdən çıxarılma xəbəri yayılıb.

 Azərtaym.az anspress-ə istinadən xəbər verir ki, məlumata görə, mətbuatda vergilər naziri Fazil Məmmədov işdən azad edilməsi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, prezident İlham Əliyev bu barədə sərəncamı G-20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməmişdən öncə imzalayıb. Yayaılan məlumatlarda qeyd edilir ki, F.Məmmədovun yerinə təyinatda olub. Bu vəzifə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə tapşırılıb.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov xəbərlə bağlı verdiyi açıqlamada yayılan xəbərləri təkzib edib: "Yayılan xəbərlər şayiədir. Hal-hazırda nazir kabinetində, iş başındadır. Onun işdən azad olunması ilə bağlı məlumatlar düzgün deyil".






Fikirlər