Əməkdar artist: "Çox pisəm, özümə gələ bilmirəm"
"Vəziyyətim yaxşı deyil, əhvalım çox pisdir. Emilin yoxluğuna alışa bilmirəm”.
AzerTaym.az bildirir ki,bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov oğlu Emilin xatirələrindən danışarkən deyib.
Aktyor təsəllini Emilin birinci həyat yoldaşından olan övladında tapdığını qeyd edib:
"Bir oğlu var, 3-cü sinifdə oxuyur. Teatra gəlir, tamaşalarıma baxır. Nə yaxşı ki, o var, yoxsa təsəlli tapa bilməzdim. Qismət… Mənimki də belə gətirdi”.
Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanovun 44 yaşlı müğənni oğlu Emil Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib.