Nazirdən Gəncədəki insidentlə bağlı - Açıqlama

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncədə əmək yarmarkasında baş verən insidentə münasibət bildirib.

AzerTaym.az AzNews.az-a istinadən xəbər verir ki, nazir bildirib ki, heç bir əmək yarmarkasında ortaya qoyulan iş yerləri formal ola bilməz: "Bunlar müəssisələrin rəsmi təsdiq etdiyi vakansiyalardır. Rəsmi olmayan heç bir vakansiya qəbul olunmur. Heç bir müəssisə özbaşına boş olmayan yeri məşğulluq xidməti orqanlarına verə bilməz".
S.Müslümov qeyd edib ki, Gəncədə əmək yarmarkasına 796 iş yeri çıxarılıb, ancaq çıxarılan vakansiyaların sayı ilə onu əldə etmək istəyənlərin sayı arasında balans pozulub: "Yəni müraciət edənlərin sayı həddən artıq çox olub. Əlbəttə, belə olan halda müəyyən ajiotaj yarana bilər. Amma bu normaldır. Bu barədə hər hansı yanlış fikirlərə yol vermək lazım deyil".






Fikirlər