Səməd Seyidov: “Türkiyə nəzarətə GÖTÜRÜLƏCƏK”
“Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var”. AzerTaym.az.az xəbər verir ki, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu qeyd edib. “Bu sıraya İtaliya, Yunanıstanda olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir”.