Səməd Seyidov AŞPA-dan yazdı: “RAZILIQ ALDIQ”

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək.

 AzerTaym.az Modern.az istinadən verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Səməd Seyidov “Twitter” şəbəkəsində məlumat verib 

 

Bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edən Səməd Seyidov həmməruzəçilərdən səfərlə bağlı razılıq aldıqlarını söyləyib:

 

“Monitorinq komitəsinin məruzəçiləri iyunun ortalarında Azərbaycana gəlməyə razılıq verdi".

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır.

 

 






Fikirlər