AŞ PA MK-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edildi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin edilib

APA xəbər verir ki, bu barədə Monitorinq Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, rumıniyalı parlamentar Sezar Florin Preda Azərbaycan üzre yeni həmməruzəçi təyin olunub.

O, bu vəzifədə ispaniyalı deputat Aqustin Kondeni əvəzləyib.
Sezar Florin Preda ASPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir.
Qeyd edək ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi avstriyalı parlamentar Stefan Şennakdır.






Fikirlər