Abid Şərifov əməliyyat olunub- BAŞ NAZİRİN MÜAVİNİ İSRAİLDƏDİR
Son zamanlar səhhətində müəyyən problemlər yaranan baş nazirin müavini Abid Şərifov xeyli müəddətdir ki, işə çıxmır. Cənab Şərifov müalicə üçün hazırda İsrailə gedib.Onun bir neçə gün əvvəl İsraildə əməliyyat keçirdiyi də bildirilir. Ürək əməliyyatı keçirıən baş nazirin müavininin hazırda səhhətinin qaydasında olduğu deyilir. Onun bir neçə günə ölkəyə qayıdacağı bildirilib. AzerTaym.az