Iş adamı Füzuli Fərəcov işçilərini pulunu mənimsəməklə onları dövlətlə üz-üzə qoyur
Azərbaycan Respublikası Vergilər Nazirliyi,
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin
və digər aidiyyatı qurumların nəzərinə:
-Şəkildə gördüyünüz "MOHİTO" və "PARODİZ" klubun sahibi iş adamı,Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındırmaqla bərabər,həm də orada çalışanların əməkhaqqını verməkdən niyə imtina edir?!
-Bu, Füzuli Fərəcovun bilərəkdən böyük bir fəhlə kütləsi ilə dövləti qarşı-qarşıya qoymaq cəhdi deyilmi?!
Redaksiyamıza daxil olan məlumat əsasında yuxarıda adı çəkilən obyektlərlə bağlı əməkdaşlarımızın araşdırma yazısı yaxın günlərdə oxucuların diqqətinə çatdırılacaq!