BAKIDA SÜPÜRGƏÇİLƏRƏ bağlı YENİLİK- Video
Bakı şəhərində təmizlik işləri aparan şəxslər üçün yeni geyim hazırlanıb. Bunu Report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, yeni geyimlər DİN rəhbərliyinin sifarişi əsasında hazırlanıb: "Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub". *** Suraxanı Rayon İcra Hakimiyyətində Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında paytaxtda təmizlik işləri aparan şəxslər üçün hazırlanan xüsusi geyim formasının təqdimatı olub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və başqaları iştirak ediblər. Tədbirin sonunda təmizlik işçilərinə jiletlər paylanılıb. AzerTaym.az