Bakıda avtobus aşdı - 21 YARALI+Hadisə yerindən fotolar

“Bakıda avtobus aşdı - 21 yaralı+Hadisə yerindən fotolar

Bu gün Bakının Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

AzerTaym.azQafqazinfo” -a istinadən məlumatına görə, prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə “Shacman” markalı yük maşını toqquşub.

Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.

Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.

Bakıda avtobus aşdı - 21 yaralı+Hadisə yerindən fotolar

Fikirlər