iPhone 7-nin qiyməti və satışa çıxacağı tarix açıqlandı — VİDEO

iPhone 7-nin qiyməti və satışa çıxacağı tarix açıqlandı — VİDEO

“Apple” şirkəti yeni “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının qiymətini və satışa çıxarılacağı tarixi açıqlayıb.

AzerTaym.az Ölkə.Az -a istinadən xəbər verir ki, 32 Gb “iPhone 7” smartfonunun qiyməti 649 dollar, “iPhone 7” Plus-un qiyməti isə 749 dollardır.

“iPhone 7 Plus”un iki arxa kamerası var. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq.

“iPhone 7”nin Ön kamerası 7 MP, arxa kamerası isə 12 MP-dir.

Smartfonlar 32 GB, 128 GB və 256 GB daxili yaddaş ilə satışa çıxarılacaq.

Yeni gadcetləri artıq sentyabırn 9-dan etibarən sifariş vermək olar.

 






Fikirlər