Rusiya kəşfiyyatından Türkiyə AÇIQLAMASI: "Kimin yanındasan?"

"Qərb müstəqil siyasət yürüdən və Rusiya ilə yaxınlaşan Türkiyəni İŞİD-lə qorxutmağa çalışır".

Publika.az  xəbər verir ki, bu barədə Rusiya kəşfiyyatının təqaüddə olan generalı Aleksandr Qurov İstanbulda və İzmirdə baş verən terror hücumlarını şərh edərkən deyib.

A. Qurov Türkiyəyə "kimin yanındasan?" mesajının verildiyini qeyd edib.

"Türkiyə bu gün Rusiya ilə yaxınlaşır. Bu yaxınlaşma xüsusilə Yaxın Şərqdə baş verir və hər iki ölkə Suriyada İŞİD-ə qarşı birlikdə mübarizə aparır. İŞİD indi Türkiyədən əvəz almağa çalışır. Qərb də bu faktordan yararlanaraq, Türkiyəyə mesaj verir: Sən kimin yanındasan? Beləliklə, Qərb İŞİD üzərindən Türkiyənin gözünü qorxutmağa çalışır. Lakin Türkiyə güclü ölkədir, güclü ordusu var. Amerika və Avropa isə Türkiyənin güclü olmasını istəmir", - deyə o bildirib.

A.Qurov hesab edir ki, Türkiyə Rusiya ilə birlikdə terrora qarşı mübarizəni gücləndirməlidir:

"Türkiyənin terrorla mübarizə təcrübəsi var. Lakin Rusiya da son 20 ildə terrorla mübarizədə əhəmiyyətli təcrübələr qazanıb".

 






Fikirlər