Dörd ölkə Qətərlə diplomatik münasibətləri KƏSİB

doha20city2000920state20of20qatar

Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

Qətərlə digər ərəb ölkələri arasında münasibətlər bu yaxınlarda Ər-Riyadda keçirilən sammitdən sonra pisləşib. Belə ki, Qətərin dövlət xəbər agentliyi ölkə əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına çağırıb. Bundan sonra Qətər XİN-in rəsmi nümayəndəsi belə bir bəyanatın verilmədiyini bildirib, məlumatın dərcini agentliyin saytının hakerlər tərəfindən sındırılması ilə izah edib.

 






Fikirlər