PKK-nın vurulma anı: 22 ölü – VİDEO

 

5GTürkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı həyata keçirdiyi növbəti hava əməliyyatının görüntüləri yayılıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, F-16 və F-4 döyüş təyyarələri PKK-nın Gara bölgəsindəki mövqelərini yerlə-yeksan edib.
Terror təşkilatına məxsus sığınacaqlar, silah-sursat anbarı və ərzaq anbarı məhv edilib.
Şırnakın Beytüşşebap mahalında keçirilən əməliyyatlarda isə 22 terrorçu ölü olaraq ələ keçirilib. F-16 döyüş təyyarələrinin etdiyi bombardman anbaan qeydə alınıb.

 






Fikirlər