"AZƏRBAYCAN İES" yenə yanğın: FHN məlumat yaydı/FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir şəhərindəki “Azərbaycan İES”də baş vermiş yanğınla bağlı məlumat yayıb.

AzerTaym.az FHN-in saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 






Fikirlər