Yaşıllaşdırma İdarəsi vətəndaşların sağlamlığını təhlükə altında qoyur

Yaşıllaşdırma İdarəsi vətəndaşların sağlamlığını təhlükə altında qoyur Vaqif Novruzov üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi istiqamətində nə vaxt təşəbbüs göstərəcək?

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyətindəki nöqsanlarla bağlı dəfələrlə məlumat versək də, bu qurumdan olan narazılıqların sayı günü-gündən artır. Belə ki, sözügedən qurumun fəaliyyətində kifayət qədər çatışmazlıqlar var. Bütün bunları yaşıllıqların mühafizəsiylə bağlı paytaxtda keçirilən reydlər zamanı aşkar olunan xoşagəlməz faktlara əsasən demək mümkündür. Vaqif Novruzov başda olmaqla işçiləri də üzərlərinə düşən işləri layiqincə yerinə yetirmirlər.

Demək olar ki, paytaxtın bir sıra yerlərində ağacları kəsirlər və yerində obyektlər tikirlər. Bu halla demək olar ki, hər gün qarşılaşmaq mümkünddür. Yaşıllıqları məhv edərək paytaxt sakinlərini təmiz havadan məhrum edirlər. Təəssüf ki, yaşıllıqların məhvinin arxasında bəzi məmurlar dayanır. Ona görə də sadə vətəndaşların bu məmurlara gücü çatmır. Halbuki bu məsələ üzrə cavabdeh qurum sayılan Bakə Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə bu cür qanunsuz halların qarşısını ala bilmir. Ümumiyyətlə sözügedən qurum öz işinin öhdəsindən gələ bilmir. Bu gün ən çox yaşayış yerlərində yaşıllıqları məhv edirlər. Xüsusilə də sakinlərin axşamlar dincəldikləri yerlərdə ağaclara qənim kəsilirlər. Nəticədə də yaşlılar və uşaqları qəbul etdiyi oksigendən məhrum edirlər. Lakin adıçəkilən qurum isə ətrafdan seyirçi kimi baxmaqdan başqa heç bir iş görmür.

Qeyd edək ki, birlik 2005-ci ildə ləğv edilən Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazası əsasında yaradılıb. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir.

Lakin birliyin baş direktoru Vaqif Novruzovun qanunsuz əməllərindən vətəndaşlar əziyyət çəkir. Novruzov fəaliyyəti dövründə yalnız özünə sərf edən işlərə imza atıb. Vətəndaşların rahatlığı, sağlamlığı, eyni zamanda təbiətin qorunması birlik direktorunun vecinə də deyil. Bizə verilən məlumatlara görə, yaşıllıqları məhv olmasında Vaqif Novruzovun rolu daha böyükdür. Etibarlı mənbələrin sözlərinə görə, birlik direktoru paytaxtın bir neçə yerində yaşıllıqları məhv edərək yerində oyektlər tikdirib. Hətta ağacları qırmaqla və paytaxt sakinlərini istirahətini pozmaqla obyekt inşa edən sahibkarlardan haqq aldığı deyilir. Deyilənə görə, Vaqif Novruzov hardasa yaşıllıq məhv edilirsə, mütləq bundan xəbərdardır. Onun icazəsi olmadan göydə quş da uça bilməz. Ona görə də yaşıllıqların məhv edilməsində Vaqif Novruzovun xəbərinin olması şübhəsizdir.

Əldə etdiyimiz məlumatlara görə, birlik rəhbərinin bütün işi parklarda yerləşən kafelərdən alınan aylıq icarə haqları ilə məşğul olmaqdır. Birliyin balansında olan parkların sayı-hesabı yoxdur. Onların hər birində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir ki, burdan alınan aylıq icarə pulu sədrin cibinə gedir.

Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, bunların heç birinə riayət olunmur. Bizə verilən məlumatlara görə, parkların çoxunda Novruzova məxsus kafelər fəaliyyət göstərir.


Yazı ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc edə bilərik.






Fikirlər