“Qarabağ” bu gün tarix yaza bilər...

“Qarabağ” bu gün tarix yaza bilər...Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

AzVision.az məlumatına görə, təmsilçimiz “Qarabağ” da bu gün cavab oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına respublika stadionunda Şotlandiyanın “Seltik” klubunu qəbul edəcək. Şotlandiyada keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan komandamız mərhələni keçmək üçün mütləq qalib gəlməlidir.

“Qarabağ” mərhələ adlamaqla “ple-off” mərhələsində oynaya bilər. Bu isə ölkəmizdə bir ilk olacaq. Klubumuz bu gün tarix yaza bilər.


21:30.”Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya)
(ilk oyun 0:1)






Fikirlər