MƏŞHUR FUTBOLÇUNUN arvadı oğurlandı - (VİDEO)

Məhşur futbolçunun arvadı oğurlandı - (VİDEO)Rusiyanın "Amkar" klubunun şərəfini qoruyan Feqor Oqudenin həyat yoldaşı oğurlanıb. 
ANS PRESS-in məlumatına görə, hadisə futbolçunun vətəni Nigeriyanın Varri şəhərində baş verib.
 
29 yaşlı yarımmüdafiəçi hadisədən qardaşı vasitəsilə xəbər tutduğunu bildirib.
"Yoldaşım Maimunat uşaqlarla gəzməyə çıxıb. Kiçik qardaşım mənə dedi ki, evin ətrafında silahlı şəxslər vardı. Onlar həyat yoldaşımı oğurlayıblar. Daha sonra avtomobil ərazidən uzaqlaşıb",- deyə Feqor bildirib. 
Maimunat Oqudenin oğurlanmasından bir müddət keçsədə hələ ki, onun barədə heç bir xəbər yoxdu. Cinayətkarlarda heç bir tələb irəli sürməyib. Qadının "Boka Haram" radikal terrorçu qrupu tərəfindən oğurlandığı ehtimal edilir.
Futbolçunun ailəsi
Oqude hadisə barədə polisə müraciət edib. "Amkar" klubunun rəsmiləri hadisə ilə bağlı Nigeriya polisi tərəfindən araşdırma aparıldığını və futbolçularına kömək etməyə hazır olduqlarını bildirib. Cari mövsüm Perm təmsilçisinin heyətində 14 oyuna çıxan Feqor Oqude 2014-cü ilin yanvarından "Amkar"ın heyətində çıxış edir.

Keçən il Milanın "İnter" klubunun futbolçusu Mauro İkardi silahlı soyğuna məruz qalmışdı. İki silahlı şəхs argentinalı futbolçunu soymuşdu. Gecə yarısı Milanın mərkəzində maşınını saхlayan futbolçuya motosikletlə yaхınlaşan şəxslər hücüm edib. Üzləri bağlı olan soyğunçular ondan pullarını tələb edib. Polisə ifadə verən İkardi bildirib ki, pulları verməkdən imtina edib. Bu zaman soyğunçular onun "Hublot" markalı saatını alaraq qaçıb.

 






Fikirlər