01.02.2014. - Millimizin son dəqiqələrdə möhtəşəm zəfəri - YENİLƏNİB - FOTO - VİDEO

01.02.2014. -  Millimizin son dəqiqələrdə möhtəşəm zəfəri - YENİLƏNİB - FOTO - VİDEO Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası dünən ilk oyununu keçirib.

AzerTaym-ın Pressinq.az-a istinadən məlumatına görə, millimiz Antverpen şəhərindəki "Lotto Arena" idman kompleksində Sloveniya yığması ilə qarşılaşıb.
Gərgin keçən matçda komandamız son saniyələrdə vurduğu qolla qələbə qazanıb - 7:6.

Sloveniya yığmasının qapısına qolları Amadeu, Rafael (2), Vitali Borisov, Auqusto, Felipe və Edu vurub.
Qeyd edək ki, Azərbaycan futzalçıları fevralın 2-də italiyalı rəqibləri ilə qarşılaşacaqlar.


vk.com/video156793075_167427598?hash=951add6a4277338a






Fikirlər