Xərclədiyiniz PULUN 15 faizi GERİ QAYTARACAQ - VİDEO

İldən-ilə ölkəmizdə vergidən yayınma hallarının qarşısını almaq, eləcə də nağdsız ödənişləri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. AzerTaym.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər onlardan biridir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin əlavə dəyər vergisinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək.

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alış-verişin qəbzi tələb edilməlidir.

İqtisadçının sözlərinə görə, geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.

VIDEO






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi