"Avropanı bu qış Antalya dolandıracaq!.."

Antalya Haberleri - Yerli domates sektörü böldü - Yerel Haberler

"Öncədən pul və tədarük zəmanətləri..." - kommersiya sazişləri bu modellə bağlanacaq...
 
Avropada energetika  böhranı səbəbindən istixana təsərrüfatlarında bitki əkini 30-40 faiz azalıb.
 
"AzerTaym.az" moderator.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri yazıb.
 
İndi Avropanın supermarketlər şəbəkəsi Türkiyə istehsalçılarını axtarır. Antalya xarici valyuta axınını artırmaq üçün yardım etməyə hazırdır.
 
Avropada energetika böhranı istixana istehsalına təxminən 40 faiz təsir göstərib. 
 
Avropanın bir çox supermarketlər şəbəkəsi və tədarükçüləri qıtlığı doldurmaq üçün Antalyada türk həmkarları ilə danışıqlar aparır.
 
Müqavilələr imzalanır
 
Qərbi Aralıq dənizi ixracatçılar Assosiasiyasının rəhbəri Umut Mirzə Çavuşoğlu Avropanın ciddi energetika böhranına qədəm qoymasına diqqət çəkərək, qeyd edib:
 
"Bizim dəyərləndirmələrimiz və aparılan danışıqlardan belə qənaətə gəlmək olar ki, istehsal 30-40 faiz azalıb".
 
Bununla əlaqədar olaraq Avropa dərhal axtarışlara baş vurub və bu nöqteyi-nəzərdən Türkiyə ən mühüm ölkə hesab edilib.
 
"Artıq neçə aydır ki, çox ciddi danışıqlar gedir, - assosiasiya rəhbəri davam edib. - Hər şeydən öncə, iri mağazalar şəbəkələri Antalya və onun ətrafında tədarükçülər axtarır. Bizim məqsədimiz daha çox istehsal və daha çox ixrac edərək, ölkəyə xarici valyuta axınını artırmaqdır".
 
Gözləntilər yüksəkdir
 
Aralıq və Egey dənizləri regionlarında istehsalçılar arasında belə gözlənti üstünlük təşkil edir ki, Avropada energetika böhranı fonunda Türkiyə ərzağa tələbatı ödəyəcək və onun istehsalını təmin edəcək.
 
Ticarət şəbəkələri nümayəndələri, xüsusilə tomatlara maraq göstərənlər, birbaşa türk istehsalçıları ilə əlaqədədir, - bunu Türkiyənin investorlar və istixana istehsalçıları İttifaqının baş katibi Duyğu Özkartal deyib.
 
"Onlar kommersiya sazişlərini "öncədən pul və tədarük zəmanətləri" modelinə uyğun bağlamaq istəyirlər. Hətta istixana istehsalını Türkiyəyə köçürmək istəyənlər də var", - baş katib qeyd edib.
Antalya'daki Seralarda Domates Hasadı Başladı - YouTube






Fikirlər