Moskvadan İstanbula 20 kq kürü aparmaq istəyən azərbaycanlı tutuldu

Moskvadan İstanbula 20 kq kürü aparmaq istəyən azərbaycanlı tutuldu Moskva – İstanbul reysi ilə
uçan təyyarədə qanunsuz yolla 20 kq qara kürü aparmaq istəyən azərbaycanlı saxlanılıb. Azertaym.az -ın Rusiyanın Federal Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Domededovo hava limanında qeydə alınıb.

Gömrük baxışı zamanı həmyerlimizin baqajından nərə balıqları kürüsü ilə dolu 40 banka aşkarlanıb. Sərnişin bildirib ki, kürünü Moskva bazarından qarşıdakı bayramlar üçün 15000 rubla (təqribən 500 dollara) alıb. Kürülər ekspertizadan keçirildikdən sonra qanunvericiliyə uyğun müvafiq prosessual qərar veriləcək.

Qeyd edək ki, Gömrük İttifaqına daxil olan ölkələrin ərazisindən şəxsi istifadə üçün 250 qramdan çox nərə balığı kürüsünün aparılmasına icazə verilmir.






Fikirlər