2017-ci ilin ən çox QAZANAN xanım aktrisaları: İNANILMAZ RƏQƏMLƏR - SİYAHI

2017-ci ilin ən çox qazanan xanım aktrisaları: İNANILMAZ RƏQƏMLƏR - SİYAHI

2017-ci ildə ən çox qazanan aktrisaların adları bəlli olub.

Publika.az həmin siyahını təqdim edir:

6. Siyahının bu yerində “Gözəl və çirkin” filminin uğurundan 14 milyon dollar qazanc əldə edən 27 yaşlı aktrisa Emma Vatson qərarlaşıb.

5. “Pis ana” filmi ilə müzakirələrə səbəb olan Mila Kunis 2017-ci ildə 15,5 milyon dollar qazanıb və siyahının 5-ci pilləsindədir.

4. Melissa Makkerti “Mayk və Molli” adlı televiziya proqramından ayrılsa da, qazanmağa davam edir. “Həyat partisi” filminn kassa uğuru Makkertiyə 18 milyon dollarlıq qazanc gətirib.

3. Son iki ildir ki, zirvədən enməyən Cenifer Laurens 2017-ci ildə üçüncü sırada qərarlaşıb. O oynadığı “Aclıq oyunları” filmi ilə 24 milyon dollar gəlir əldə edib.

2. Cenifer Eniston isə hələ də “Dostlar” filminin qazancını yeyir. Bu il 25,5 milyon dollarlıq gəlirini isə ən çox reklam filmlərindən qazanıb.

1. “La La Land” filmi ilə mükafatlandırma gecələrinə damğa vuran Emma Ston 6 milyon dollar gəliri ilə 2017-ci ilin ən çox qazanan aktrisasıdır.






Fikirlər