Döyüş filmlərinin məşhur ulduzu ata OLACAQ

Tanınmış britaniyalı aktyor Ceyson Stethem ata olacaq. 

Modern.az xarici tabloidlərə istinadən xəbər verir ki, 49 yaşlı ulduz aktyorun sevgilisi Roza Hantinqton Uaytli hamilə olduğunu təsdiqləyib.

Aralarında 20 yaş fərq olmasına baxmayaraq cütllük 6 ildir ki, birlikdədir.

Ceyson Stethem “Daşıyıcı”, “Məğlubedilməzlər”,  “Tək”, “Müharibə” vəs. filmlərdə çəkilib. Aktyor 1988-ci il Seul Yay Olimpiya Oyunlarının suya tullanma yarışlarında Britaniya yığmasının üzvü kimi çıxış edib.  

 






Fikirlər