JİRİNOVSKİ BÖYÜK AZƏRBAYCAN XƏRİTƏSİ yaydı – BU, NƏYİN mesajıdır?

Fərəc Quliyev: “Jirinovski əslində heç də deyildiyi kimi qeyri-ciddi siyasətçi deyil, o, kifayət qədər məlumatlı, Şərqi yaxşı bilən siyasətçidir”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb. Axar.az xəbər verir ki, Jirinovski bununla bağlı öz twitter səhifəsində xəritə yerləşdirib.

O, bu xəritəni 20 il öncə hazırladığını deyib. Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır.

Jirinovski həmçinin Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib.

Onu qeyd edək ki, Jirinovskinin yerləşdirdiyi xəritədə Güney Azərbaycanın bir sıra əraziləri kürdlərə, bir sıra əraziləri isə ermənilərə verilib. Xəritədə müstəqil Azərbaycana birləşdirilən ərazilər əsasən Güney Azərbaycanın Xəzərə yaxın bölgələridir. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev ile ilgili görsel sonucu

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, İranın da daxil olduğu bu bölgə dünyanın qəlbi adlanan zonadır. Dünyanın siyasi xəritələrinin dəyişməsi bu bölgə ilə bağlı olan qərarlara bağlı olur. Azərbaycan da həmin zonada ən fəal nöqtədə yerləşir. Bunun üstün cəhətləri olduğu kimi, təbii ki, mənfi tərəfləri də var: “Böyük güclər bu ərazilərə nəzarət eləmək, buraları təsiri altında saxlamaq haqqında düşünürlər. Ona görə də bizim də vəziyyətimiz bəzi məqamlarda o qədər ürəkaçan olmur. Əlbəttə, İranla bağlı gedən proseslər də böyük güclərin planlarını həyata keçirmək istəyindən xəbər verir. Lakin biz həmişə bildirmişik ki, günün birində millətin iradəsi qalib gələcək. Böyük güclər yeni siyasi şəkillənmələr aparanda təbii ki, yerli əhalinin münasibətini, istəklərini mütləq nəzərdən keçirirlər. O cümlədən Güney Azərbaycan türklərinin uzun müddətdir apardıqları mübarizə və dəfələrlə nail olduqları müstəqilliyə nail ola bilmələri kimi məqamlar təbii ki, dünya gücləri tərəfindən nəzərə alına bilər. Vladimir Jirinovski də bunu bilir. Jirinovski əslində heç də deyildiyi kimi qeyri-ciddi siyasətçi də deyil. O, kifayət qədər məlumatlı, Şərqi yaxşı bilən siyasətçidir. Bəzi məqamlarda fərqli davranış nümayiş elətdirir, amma hər halda, Rusiyanın danışan dili kimi çıxış edir”.

Deputat qeyd etdi ki, V.Jirinovskinin yaydığı xəritə əslində yeni deyil: “Uzun illər əvvəl ABŞ-da Pentaqonla bağlı olan ”Şahinlər qrupu" belə bir xəritənin əsasında təkliflərə çıxış eləmişdilər. İndi ABŞ-da iş başında olan rejim məhz həmin “Şahinlər qrupu”na bağlıdır və İsraillə bir yerdə İranın yeni şəkilləndirilməsi ilə bağlı qəti bir davranış nümayiş etdirirlər. Qarşıda bu istiqamətdə ciddi addımlar atacaqlar. Yəni Jirinovskinin nümayiş etdirdiyi xəritə böyük bir planın şəkilləndirilmiş forması sayıla bilər. Günün birində Azərbaycan birləşəcək və Bütöv Azərbaycan olacaq. Bu, dünyanın özü üçün də əhəmiyyətli bir məsələdir".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi