“O namizədlərin hamısı üst-üstə yığılsa...” - Tural Abbaslı meydan oxudu...

“O namizədlərin hamısı üst-üstə yığılsa...” - Tural Abbaslı meydan oxudu

Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. 

Proses saat 18:00-dək davam edəcək. 

AzerTaym.az bildirir ki,yenisabah.az-a danışan Ağ Partiya başqanı Tural Abbaslı növbədənkənar prezident seçkilərində AĞ Partiyanın iştirak edib-etməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirib. O, partiyanın bu seçkilərdə iştirak etməycəyini bildirib: 

“Prezidentliyə namizədliyimizi verib-verməyəcəyimizlə bağlı məsələ partiyada müzakirə olundu. Nisbətlərlə hər şey analiz olundu və biz seçkiyə qatılmayacağıq. Zatən qatılsaq da, bir günə 40 min imzanı yığmaq real deyil. 

Biz öz namizədimizlə seçkiyə qatılmırıq, seçkini boykot etmirik. Partiya üzvlərimizi ölkə üzrə müşahidəçi kimi qeydiyyatdan keçirilməsini və ümumi müşahidənin aparılmasını təşkil edəcəyik. Bu proses davam edir, MSK-ya lazımi sənədlər təqdim olunur ki, partiya üzvlərinin müşahidə aparması üçün sənəd alınsın və onlar müşahidə apara bilsinlər. Partiya üzvlərimiz də kimi məsləhət bilsələr, ona da səs verəcəklər. Biz prosesi boykot etmirik, sadəcə öz namizədimizlə seçkidə iştirak etmirik”. 

Siyasətçi seçkilərə qatılmayanların “qorxaq” kimi qələmə verilməsinin düzgün olmadığını qeyd edib. O, siyasətdə bu cür anlayışların olmağını deyib: 

“Təbii ki, seçkilərə qatılmayanları “qorxaq, cəsarətsiz” adlandırmaq düzgün deyil. Bu məsələdə ən yaxşı halda, seçkiləri davamlı olaraq boykot edən partiyalara irad tutula bilər. Onlara deyilə bilər ki, bütün seçkiləri boykot edirsən, bəs hansı formada hakimiyyətə gəlmək istəyirsən? Biri də var ki, partiyalar öz güclərini, real siyasi şəraiti və perspektivi analiz edərək daha doğru addım atmağı düşünürlər. 

Ağ Partiya İlham Əliyev istisna olmaqla öz namizədliyini irəli sürmüş partiya və namizədlərin hansıdan zəifdir? O namizədlərin hamısı üst-üstə yığılsa, Ağ Partiyanın gücündə deyillər və partiyanın siyasi təcrübəsi qədər təcrübələri yoxdur. Biz bir çox nüansları danışıb onları özümüzdən küsdürmək istəmirik, çünki şəxsi münasibətlər, əlaqələr var, bunu düzgün saymırıq. Necə demək olar ki, Ağ Partiya qorxaqlıq etdi və yaxud gücü yox idi, çəkindi? Bunu demək doğru deyil. Ümumən siyasətdə bu anlayış doğru deyil. Partiyalar öz maraqlarının maksimal təyinatı üçün addımlar atırlar. Elə partiyalar var ki, seçkidə iştirak etməməklə mümkündür ki, daha çox divident qazanacaq. Bəlkə partiya indi öz gücünü qoruyur. Hərənin bir arqumenti var. Bizim də müxtəlif arqumentlərimiz var və bəzilərini bəyanatda elan etdik, bəzilərini isə daxili müzakirə üçün saxlamışıq”.  






Fikirlər